Türkiyədə Covid-19-a yoluxaraq həyatını itirən həkimlər və ümumi tibb işçilərinin sayı 100 nəfərə çatıb.

Open.az xəbər verir ki, bu barədə xəbəri Türk Təbiblər Birliyi (TTB) yayıb.

Türk Təbiblər Birliyi sosial medai səhifələrindən yaydıqları xəbərdə:

"Türkiyənin qara Covid-19 tablosu. 6 ay ərzində bu dəhşətli virusa 43-ü həkim olmaqla 100 nəfərlik tibb işçilərimizi qurban verdik. Yolundan dönməyən, bezmədən, dincəlmək bilmədən xalqa xidmət edən tibb işçilərini Covid-19-dan şiddətlə qoruyun" deyə TTB-yi belə bir açıqlama yayıb.

Dünyanın hər yerindfə virusa yoluxaraq həyatını itirən bütün həkimlərə Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı

Koronavirusa qurban gedən həkimlərin sayı 100 nəfərə çatdı