Rusiyanın məşhur “Bitva ekstrasensov” yarışmasının qalibi, əslən iranlı, həkim və parapsixoloq, medium Mehdi Vafa koronavirus pandemiyası başlayandan bir sıra proqnozları ilə gündəmdədir.

Open.az xəbər verir ki, ixtisasca həkim olan Mehdi koronavirusun son 1 ayda gücləndiyini və xarakterinin daha da sərtləşdiyini bildirib.

O, dünən yeni öncəgörmələrini qeyd edib, aldığı informasiyanı çatdırıb.

Ekstasens gözlədiyi və qorxduğu vəziyyətin baş verəcəyini bildirib.

“Təəssüf ki, insanlar və dinləyicilərim vaxtında nə mənim, nə hökumətin xəbərdarlıq və özünüqoruma tədbirlərinə inanmadı. Bizi daş-qalaq etdilər. Dəfələrlə insanları onlayn təmizlənmə və güclənmə seanslarına, eləcə də ümumi dualara çağırdım, az adam qatıldı.

Yeni öncəgörməm bunu göstərir: koronaivrus daha da gücləndi. İndi o bizə daha çox qalib gələcək.

Bütün bu maska, spirt, əlcək, məsafə hamısı yaxşıdır, lazımdır. Amma vaxtında əməl etmədiz. İnsanlar virus söhbətindən yoruldular, bezdilər və silahı yerə qoydular. Hər şeyin tez bitməsini istəyirsiz. Amma bilin ki, artıq gecdir.

Sonrakı 2 ayda bu günkü xəstə və ölü sayını 100-ə vurun. Bunu panikaya düşmək üçün demirəm. Bu mənim hisslərimdir. Ona görə indi bu dəqiqə hansı faciəni yaşaya biləcəyimizi dərk edib, ona uyğun davranmasaz heç bir maska, heç bir dərman insanlığı xilas etməyəcək”.

Mehdi insanları kütləvi şəkildə ümumi dualar etməyə və Tanrıdan var gücü ilə yardım istəməyə çağırıb.

“Kim bunu necə, nə yolla edirsə etsin. Virusla tək bacara bilməyəcəyik”.(Medicina.az)