09:37

Bakının 8 rayonu üzrə xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, saat 09:00-a olan məlumata əsasən 518 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən 233 litr qan tədarük olunub.

Qeyd edək ki, Məhərrəm ayının onuncu, Aşura günü ilə əlaqədar olaraq respublikanın 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası keçirilir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

***

12:27

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 3510 nəfər könüllü olaraq qan verib.

Bu barədə Open.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, saat 12:00-a olan məlumata əsasən, bu şəxslərdən 1579.5 litr qan tədarük olunub.

Qeyd edək ki, Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

***

15:21

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.

Nazirlikdən Open.az-a bildirilib ki, saat 15:00-a olan məlumata görə, 5 min 401 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2430.5 litr qan tədarük olunub.

***

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.

Nazirlikdən Open.az-a bildirilib ki, saat 16:30-a olan məlumata əsasən 5 min 719 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 573 litr qan tədarük olunub.