Oktyabrın 31-də Yeni Ramana yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri almış 9 nəfər gətirilib.

Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, yaralılara lazımi tibbi yardım göstərilib.

Daha sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar.