"2013-cü ildə 5 yaşadək uşaqlardan 42 milyonu artıq çəki və piylənmədən əziyyət çəkib".

Open.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı ''Piylənmənin idarə olunmasında ən yeni tendesiyalar'' elmi-praktik konfransında çıxışı zamanı deyib.

O bildirib ki, əgər tədbir görülməsə, 2025-ci ilə qədər 5 yaşadək 70 milyon uşaq artıq çəki və piylənmədən əziyyət çəkə bilər: ''Hazırda dünyada 18 yaşadək 170 milyon artıq çəkili insan var. Hər il ən azı 2.6 milyon insan artıq çəki və piylənmə səbəbindən həyatını itirir''.

Şəfiqə Nazimqızı

Hər il ən azı 2.6 milyon insan artıq çəki səbəbindən həyatını itirir