COVİD-19-a yoluxan insan onu asimptomatik də keçirə bilər, ona görə biz hər bir insana potensial virus daşıyıcısı kimi baxmalı və özümüzü ondan qorumalıyıq.

Open.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, xəstəliyi asimptomatik keçirən insanların koronavirusa yoluxub-yoluxmadığını araşdırmağın yeganə üsulu antitel testi verməkdir. Həmin insan seroloji test vasitəsilə daha əvvəl virusa yoluxub-yoluxmadığını müəyyən edə bilər:

“Qanda antitellərin yaranması üçün müəyyən bir dövr lazımdır. Xəstəliyə yoluxma ehtimalının olduğu müddətdən ən azı, 3 həftə sonra bu analizin verilməsində fayda var. Bəzən insanlar koronavirus olub-olmadığını bilmək üçün qan testi, yaxud yaxma verirlər, amma erkən-klinik əlamətlərin yeni başlandığı dövrdə antitelin yaranmasını bilməyin mənası yoxdur".