Ötən ilin iyul-dekabr aylarından bu günə kimi 21797 patoloji material nümunəyə cəlb edilib ki, ondan 1315 halda infeksion və invazion xəstəliklər aşkar edilib.

Open.az xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentliyin 2018-ci il ilin yekunlarına həsr edilmiş mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, onlardan 823 halda invazion, 155-də brusellyoz, pasterelyoz, 31 quduzluq, 94-də xlamidioz, 108 halda isə digər xəstəliklər aşkarlanıb. Quş qripinə isə rast gəlinməyib.

Baytarlıq -sanitariya ekspertizaları nəticəsində 2036 xəbərdarlıq edilib 30 ton ət dövriyyədən çıxarılıb. 99 fakt üzrə yüklərdən təkrar nümunə götürülmə qərarı verilib. 29 fakt üzrə məhvetmə ilə bağlı məcburi qərar verilib.

Gürcüstandan idxal edilən 34.2 ton məhsul at əti ilə mal əti qarışıq olduğu üçün ixracatçı ölkəyə geri qaytarılıb.

Şəfiqə Nazimqızı

Ötən il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb