''Azərbaycanda əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq''.

Open.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu günə qədər Sovet İttifaqı dönəmindən qalan I, II və III qruplar üzrə əlillik meyarları mövcuddur:

''Bu meyarlar beynəlxalq təcrübəyə uyğun gəlmir. Hazırlanan meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Həmin xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilir. Bunun əsasında vətəndaşın xəstəliyin həyata təsir faizi ölçüləcək, onun əlillik dərəcəsi müəyyən ediləcək. Bu kriteriyalar həm Səhiyyə Nazirliyinin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimləri tərəfindın birgə hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ekspertiza edilib. Yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək''.