Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb.

Open.az-ın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 59 128 645 nəfərə çatıb. Onlardan 1 395 658 nəfəri ölüb, 37 849 172 nəfəri isə sağalıb.