Dönərdən zəhərlənən tələbələrdən 3-ü evə buraxılıb.

Bu barədə Open.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, dünən günü ikinci yarısında təcili yardımla 5 nəfər Kliniki Tibbi Mərəkəzin Yoluxucu xəstəliklər şöbəsinə, 2 nəfər isə 2 saylı uşaq klinik xəstəxanasına aparılıb: "İKliniki Tibbi Mərkəzədə müalicə alan 3 nəfər artıq evinə buraxılıb. Xəstəxanada qalan xəstələrin ümumi vəziyyəti kafidir həyati təhlükələri yoxdur.

Qeyd edək ki, dünən paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 tələbə zəhərlənib.


Dönərdən zəhərlənən tələbələrdən 3-ü evə buraxıldı


Şəfiqə Nazimqızı