Bakıda fəaliyyət göstərən dərman depoları icazəsiz dərman sata bilməz.

Open.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib.

Onun sözlərinə görə, dərman depoları Səhiyyə Nazirliyinin tabeliyindədir: "Nazirliyin heç bir icazəsi olmadan heç bir dərman preparatını sata bilməzlər. Mətbuatda "Donuz qripi" peyvəndi ilə bağlı yayılan məlumatlar yalandır. Özəl klinikalar tərəfindən hər hansı dərman gətirilə bilər, lakin bu barədə Nazirliyin xüsusi icazəsi olmalıdır".

Baş epidemioloq qeyd edib ki, Gürcüstanda "donuz qripi"ndən ölən 14 nəfər xüsusi stansionarlarda olur və izola edilir: "Heç kimlə təmas yoxdur. Ora gedən soydaşlarımız da onlarla təmasda olmur. Qonşu ölkəyə gedən azərbaycanlılar özünü qorumalıdır və qoruyucu vasitələrdən istifadə etməlidir".

İ.Ağayev qeyd edib ki, fırıdaqçılar Səhiyyə Nazirliyi adından istifadə edib, binaları dezinfeksiya edirdilər: "Artıq hüquq-mühafizə həmin şəxsləri saxlayıb".