Tibb işçilərinin COVID-19-a yoluxub xəstələndikdən 3 ay sonra, adi vətəndaşların isə 6 aydan sonra virusa qarşı peyvənd vurdurması məsləhətdir.

Open.az xəbər verir ki, bunu Trend-ə həkim Emil Qasımov deyib.

Onun sözlərinə görə, COVID-19-a qarşı vurulan peyvəndin qoruyuculuğunun nə qədər davam edəcəyi hələ bilinmir. Daha əvvəlki təcrübələrə - yuxarı tənəffüs yolları üçün istifadə olunan peyvəndləmələrə əsasən, COVID-19-a qarşı peyvəndin qoruyuculuğunun 6 ay - 1il davam edəcəyi ehtimal olunur:

“Vaxt irəlilədikcə peyvəndin vurulması təkrarlana bilər. İndiki vəziyyətimizə görə, bir ildən sonra peyvəndin vurulması təkrarlanmalıdır. Ancaq bunu zaman göstərəcək”.