Cəlilabadda kütləvi zəhərlənmə baş verib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, dünən saat 17:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 15 nəfər zəhərlənmə diaqnozu ilə müraciət edib: "Onlardan 3-nün vəziyyəti orta-ağır olub. Digərləri ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Həmin 3 nəfərin sonuncusu isə bu səhər artıq evə yazılıb. İlkin ehtimala görə, zəhərlənməyə səbəb təmizlik zamanı istifadə edilən kimyəvi maddə olub.

Qeyd edək ki, müraciət edənlərin hamısı hadisə baş verən marketin əməkdaşlarıdır.

Şəfiqə Nazimqızı