Rusiyada gün ərzində 163 nəfərdə koronovirus aşkarlanıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, təşviş içərisində olan əhali marketlərə axın edib. Məhz bu səbəbdən bir neçə gündür ki, Rusiya marketlərində qarabaşaq yarması qıtlığı yaşanır.

Rusların, əsasən də yaşlı təbəqəsi qarabaşaq yarmasının bütün viruslara "dərman" olacağı fikrindədirlər. Buna səbəb kimi qarabaşaq yarmasının bütün xəstəliklər və pəhriz dönəmində yeyilməsini nümunə gətirənlər, həm də qeyd edirlər ki, qarabaşaq yarması ən xeyirli dənli bitkilər sırasındadır.

Hər kəsin evdə qaldığı bu günlərdə rusiyalı aşpazlar da qarabaşaqdan hazırlanan ləzzətli reseptlərlə izləyicilərini tanış edirlər.

Ülviyyə Həsənqızı

Bir gündə 163 nəfərin virusa yoluxduğu Rusiyada hansı qidaya tələbat artıb?

Bir gündə 163 nəfərin virusa yoluxduğu Rusiyada hansı qidaya tələbat artıb?