Bayram günləri təcili tibbi yardıma müraciətlərin sayı adi günlərdən fərqlənməyib.

Open.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 1900-2000 arası olan müraciətlər arasında bədbəxt hadisələr və ya kütləvi zəhərlənmələr qeydə alınmayıb.