Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı Anar Əmrahın rəhbərliyi altında növbəti uğurlu əməliyyat icra olunub.

Open.az xəbər verir ki, anadangəlmə ürək qüsurundan əziyyət çəkən yeni doğulmuş uşaq sağlamlığa qovuşub. Əməliyyat erkən yaşda ciddi ürək çatışmazlığı, ağciyər (pulmonar) hipertenziya, biküspid aort qapaq və geniş (10 mm) PDA ilə 40 günlük körpə üzərində həyata keçirilib.

RMDM-ə qəbul edilərkən körpədə qidalanma zamanı ciddi təngnəfəslik, yorulma və tərləmə əlamətləri olub. Qüsur aradan qaldırıldıqdan sonra körpənin çəkisində gözə çarpacaq dərəcədə artma müşahidə olunub və yaxşı vəziyyətdə evə yazılıb. Körpənin valideynləri əməliyyatda əməyi keçən bütün tibbi heyətə təşəkkürünü çatdırıblar.

40 günlük körpə üzərində ürək əməliyyatı uğurla başa çatıb