Azərbaycan Televiziyasında (AzTV) daha bir yeni layihəyə start verilir.

Open.az xəbər verir ki, "Sağlam ol" verilişi bu gün saat 12:00-dan etibarən həftə içi beş gün yeni studiyadan efirdə olacaq.

Verilişdə səhiyyə sahəsində müxtəlif mütəxəssislər dinləniləcək, auditoriyanın iştirakı ilə canlı müzakirələr aparılacaq.