“Qan Donorları Assosiasiyası”nın xarici əlaqələr üzrə rəhbəri Nərmin Rəhimova növbəti 3 il üçün Beynəlxalq Gənclər Komitəsinin prezidenti seçilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, N.Rəhimova XIX Beynəlxalq Gənclər Forumunun növbəti 3 illik idarə heyətinin seçkisi nəticəsində prezident seçilib.

Beynəlxalq Qan Donorları Təşkilatları Federasiyasının (IFBDO) gənclər qolu kimi 2000-ci ildə yaradılan Beynəlxalq Gənclər Komitəsi dünya üzrə gənclər arasında qan donorluğunun təbliği və təşviqi ilə məşğul olur. IFBDO 1955-ci ildə Lüksemburqda təsis olunub və hazırda dünya üzrə 90 üzv təşkilatı mövcuddur.

XX Beynəlxalq Gənclər Forumununun gələn il Neapolda keçirilməsi qərara alınıb.