Son sutkada Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 34 344 nəfər vaksinasiya olunub.

Open.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada birinci mərhələ üzrə 20 459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 13 885 olub.

Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı vurulan vaksinlərin ümumi sayı 982 291-dir. Belə ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 611 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 370 820 nəfərdir.