"Ötən ilin iyul-dekabr ayları ərzində baytarlıq sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 1315 infeksion və invazion xəstəliklər aşkarlanıb".

Open.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O, ölkədə quşçuluq sahəsi ilə məşğul olan sahibkarların bəzən süni şəkildə toyuğun çəkisini artırdığını söyləyib: "Dondurulmuş quş ətinin nəmlik faizi 4 olmalıdır. Lakin bəzi işbazlar nəmlik faizini 22-24 edirlər. Bu da öz növbəsində istehlakçının aldadılmasına gətirib çıxardır. Hazırda AQTA bu sahəyə ciddi nəzarət edir".

"6 ay müddətində Fitosanitariya sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 461 karantin və xüsusi təhlükəli zərərli orqanizmlər aşkar edilib", - deyə Q.Təhməzli qeyd edib.

Onun sözlərinə görə, tədbirlər əticəsində 17 nəqliyyat vasitəsi geri qaytarılıb: ''203 xəbərdarlıq edilib.1 iş hüquq-mühafizə orqanlarına təqdim edilib. 390 zərərsizləşdirmə tədbirləri həyata keçirilib. 153.8 ton məhsul idxal, 4330 kiloqram məhsul ixrac edilib. 16.4 ton məhsul üzərində monitorinq aparılıb''.

Şəfiqə