Azərbaycanda bu gün 43 499 nəfər vaksinasiya olunub.

Bu barədə Open.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 507 nəfər təşkil edib.

Bununla da Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edib.