"Azərbaycanda COVİD-19 virusundan orta ölüm səviyyəsi kifayət qədər aşağıdır".

Open.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda əhalinin sayına görə yoluxma göstəricisi daha aşağıdır:

"Təbii ki, bu, müsbət haldır. Bu, dövlətimizin pandemiya ilə daha effektiv mübarizə apardığını sübut edir".

Qeyd edək ki, Azərbaycanda indiyədək COVİD-19 virusundan 1030 nəfər ölüb.