Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.

Nazirlikdən Open.az-a bildirilib ki, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5809 nəfər könüllü olaraq qan verib.

Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.

4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkarlanıb.

HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (hepatit B), 76 nəfərdə HCV (hepatit C), 49 nəfərdə isə sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olarag zərərsizləşdirilib.