“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası ilbəil gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır.

Open.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində ilin yekun kollegiya iclasında bildirilib.

Məlumata görə, respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib. Əgər 2014-cu ildə respublikada körpə ölümü göstəricisi 10,2 promilli idisə, 2018-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm 11,0 promilli təşkil edir. Bu günə qədər 1000 qram və az çəki ilə doğulmuş 353 körpədən 126-ni xilas etmək mümkün olub.

2017-cü ildə 21 ana ölümü qeydə alındığı halda, cari ildə bu rəqəm 17 olub.

Şəfiqə