Birləşmiş Ştatların “Comfort” gəmi xəstəxanası Virciniya ştatının Hərbi Dəniz Donanmasının stansiyasından yola çıxır.

Open.az Vaşinqton Post-a istinadən xəbər verir ki, 11 həftə çəkən tibbi yardım missiyası ilə bu gəmi Mərkəzi və Cənubi Amerika ölkələrinə səfər edəcək. Səfərin məqsədi Venesueladan da olmaqla, qaçqın qəbul edən ölkələrə səhiyyə sahəsində yardım etməkdir.

Birləşmiş Ştatlar Hərbi Dəniz Donanmasının “Comfort” gəmi-xəstəxanası Ekvador, Peru, Kolumbiya və Hondurasın limanlarında dayanaraq, gündə təxminən 750 nəfər xəstəyə professional tibbi yardım edəcək. Bu tibbi yardımın prioritetlərindən biri Venesueladan davamlı olaraq köçkün axını ilə üzləşən yerli əhalinin tibbi ehtiyaclarını qarşılamaqdır. Kapitan Kevin Bakli: “Biz buradan Panama Kanalına gedəcəyik. Oradan bəzi tibbi təchizatlar və bizə qoşulmaq istəyən bəzi qeyri-hökumət təşkilatlarının üzvlərini götürəcəyik. Oradan isə ilk dayanacağımız Ekvadora yollanacağıq. Biz hər ölkədə 5-7 gün qalacağıq” deyib.

“Comfort” gəmisi limana yan alanda iki tibbi yardım qrupu sahilə çıxacaq, səhiyyə mərkəzləri və xəstəxanalara əvvəlcədən seçilmiş xəstələrin hazırlanmasına yardım edəcək. Gəmidəkı komandalar gündə təxminən 20 əməliyyat həyata keçirəcək. “Bu gəminin 20 cərrahiyyə yatağı, 3 cərahiyyə otağı və 100 çarpayısı olacaq. Bizim göz və qadın həkimlərimiz də var” deyə, Kevin Bakli bildirir.

Gəmidə müasir tibbi təchizatla yanaşı min nəfərlik lisenziyalı həkim və tibb işçisi fəaliyyət göstərəcək

.

İnsan dəyəri missiyası regionda digər tərəfdaşlar tərəfində də həyata keçirilir. "Comfort" gəmisinin əməliyyatlar komandiri Villiam Şefli: “Biz bu missiyanı son 60 gündə sürətlə təşkil etdik. Səhiyyə müəssisələrinin mütəxəssisləri, tibb işçiləri gəmimizə gəldi və bu bizə tərəfdaş ölkələrimizlə birlikdə ehtiyacı olanlara tibbi yardım göstərmək imkanı verdi."

Bu, “Comfort” gəmisinin 2007-ci ildən bəri regiona 6-cı missiyasıdır. Bu missiya ilk dədə Karib və Latın Amerikasında baş verən zəlzələdən və qasırğadan sonra təcili tibbi yardım göstərmək üçün təşkil edildi və bir neçə ay cənub yarımkürəsindəkı ölkələrə səfər edərək, ehtiyacı olanlara pulsuz səhiyyə xidməti göstərib.

Amerikanın Comfort