Miçiqan Universitetinin alimləri şişlərin müalicəsində yeni metod hazırlayıb. Bu, kimyaterapiya ilə immunterapiyanı özündə birləşdirir.

Open.az xəbər verir ki, hər iki metod ayrılıqda xəstə üçün əks təsirləri olan variantdır. Kimyaterapiya toksikidir, bəzi şişlərə heç təsir etmir.

Alimlər tədqiqatları laborator siçanları üzərində aparıb.

Siçanlara yeni peyvənd vurulub, daha sonra isə onlara şiş hüceyrələri köçürülüb.

Nəticələr göstərib ki, bütün siçanlar metastazsız sağ qalıb.

Alimlər kliniki tədqiqatları davam etdirir, yaxın gələcəkdə bu peyvənd müxtəlif onkoloji xəstələr üzərində sınanacaq. Uğurlu olacağı təqdirdə, xəstələr gələcəkdə kimyaterapiya almadan müalicə alacaq.