2018-ci ildə dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 246-sı uşaqlardır.

Open.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyində ilin yekun kollegiya iclasında bildirilib.

Bildirilib ki, ilin əvvəlindən indiyədək 22 nəfərə dövlət hesabına böyrək köçürülüb, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.

Eyni zamanda bu il 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 2 nəfər kəskin leykoz, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olub.

Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılıb və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub.

Son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb. Ümumilikdə 2018-ci ildə 280 mindən çox xəstəyə ən müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib.