Dünən Kürdəmir rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib. Belə ki, 19 yaşlı Carlı kənd sakini Nuranə Sədrəddin qızı Novruzova doğuşdan təqribən 15-20 dəqiqə sonra dünyasını dəyişib. Yeni doğulan körpənin vəziyyəti isə normaldır.

Məsələ İlə bağlı Səhiyyə Nazirliyindən Open.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır: "İstintaqın yekununda təqsirli tərəf cəzasını alacaq".

Qeyd edək ki, hadisə barədə məlumatı report.az verib.

Şəfiqə Nazimqızı