REACT-C19 layihəsində iştirak edən 19 azərbaycanlı həkim Bakı və regionlarda öz işlərini yekunlaşdırıblar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən Open.az-a verilən məlumata görə, layihədə iştirak edən həkimlərə sertifikatlar təqdim olunub.

Qeyd edəki ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqların artırılması məqsədilə həyata keçirilən layihə 3 ay davam edib.