"Enerji içkilərin insan orqanizminə mənfi təsiri onun tərkibindəki kofeinin miqdarı və onun həzmə daxil olmasıdır".

Open.az xəbər verir ki, bu sözləri AQTA sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxışında söyləyib.

O, çay və qəhvənin tərkibində kofein olduğunu söyləyib: "Lakin onlar isti içki olduğu üçün orqanizmə daxil olduqda ani sorulmur. Enerji içkiləri isə soyuq halda içildiyi üçün orqanizmə daxil olan kimi sorulma prosesi gedir. Enerji içkilərinin qəbulu insanlarda yalançı oyanıqlıq yaranır. Gün ərzində 4 banka enerji içkisi içmək bədəndə olan kofein həddin aşılması ilə nəticələnir və orqanizm üçün ziyanlıdır. Tövsiyə edirik ki, 18 yaşdan aşağı uşaqlara həmin işkilərin satışı qadağan edilsin. Həmçinin uşaq proqramlarında, səhiyyə verilişlərində enerji içkilərinin reklam edilməsi məhdudlaşdırılsın".

Şəfiqə