Serbiya-Macarıstan sərhədində 50 kilometr uzunluğunda boru kəmərinin tikintisi başlayıb.

Open.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

Həmin boru kəməri “Cənub Qaz Dəhlizi”nə, Azərbaycan və Mərkəzi Asiya qazına və Yunanıstanın mayeləşdirilmiş təbii qazına çıxış imkanı yaradacaq.

Nazir bildirib ki, enerji ehtiyatlarının tədarükü hər zaman Mərkəzi Avropa üçün problemli olub və region ölkələri enerji ehtiyatlarının şaxələndirilməsində mühüm irəliləyişə nail ola biliblər.