Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Open.az xəbər verir ki, noyabrın 6-da qızılın qiyməti noyabrın 5-i ilə müqayisədə 33,813 manat azalaraq 1 unsiya üçün 2525,9535 manat təşkil edib.

Gümüş 0,784 manat ucuzlaşaraq 1 unsiya üçün 29,8721 manata bərabər olub.

Platinin qiyməti 22,763 manat azalaraq 1570,97 manat, palladiumun qiyməti 16,0565 manat azalaraq 3016,004 manat təşkil edib.

Ad

06.11.2019

05.11.2019

Qızıl

XAU

2525,9535

2559,7665

Gümüş

XAG

29,8721

30,6561

Platin

XPT

1570,97

1593,733

Palladium

XPD

3016,004

3032,0605

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.