“Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard ABŞ dollarından çoxdur”.

Open.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov ECO üzvlərinin kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən VI toplantısında deyib.

“Azərbaycan ECO-nu regional əməkdaşlığın vacib platforması hesab edir. ECO ölkələri Azərbaycanla bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq qurub. Biz etibarlı tərəfdaşlarımız olan BMT, onun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), eləcə də Dünya Bankı ilə birlikdə ECO ölkələrinin iştirakı ilə regional layihələr həyata keçirmişik. Bu layihələr ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafına müsbət təsir göstərir”, - deyə o, qeyd edib.