Bu ilin əvvəlindən dünyada rüşvətxorluğun dövriyyəsi 1 trilyon ABŞ dolları, korrupsiyanın dövriyyəsi isə 2,6 trilyon dollar təşkil edib.

Open.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı 9 Dekabr - Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü münasibətilə məlumat yayıb.

Qurumun baş katibi Antonio Guterres "bu beynəlxalq gündə hər kəsi korrupsiyaya qarşı mübarizədə qalib gəlmək üçün yenilikçi bir həll tapmaq üçün səylərini davam etdirməyə" çağırıb.

Hazırda dünyada korropsiyanın ən aşağı səviyyəsinin Danimarka, Yeni Zelanda ve Finlandiyada, ən yüksək səviyyəsinin isə Somali, Cənubi Sudan və Suriyada olduğu bildirilir.