Bu il martın 1-nə Azərbaycanda pul bazası 12 863 milyon manat təşkil edib.

Open.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,6% çoxdur.

Bununla belə, ilin əvvəlinə nisbətən pul bazası 5,2% azalıb, son 1 ildə isə 6,2% artıb.