Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 273,9 milyon manat, xərcləri isə 18 433,6 milyon manat təşkil edib.

Open.az-ın məlumatına görə, "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,8% və 3,7% çoxdur.

Son nəticədə büdcədə 840,3 milyon manatlıq qalıq yaranıb.