Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 46 705,8 milyon manat təşkil edib.

Open.az-ın məlumatına görə, bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6% artaraq 4 719,2 manata çatıb.