CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 22-də 42,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,14 dollar/barel çoxdur.

Bu barədə Open.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,98 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel çoxdur.