Böyük Britaniyanın HSBC bankı ABŞ hökumətinə 192,4 milyon dollar cərimə ödəyəcək.

Open.az xəbər verir ki, buna səbəb Bankın ABŞ-dan olan yüzlərlə müştərisinin ümumilikdə 1 milyard dollarlıq aktivləri barədə məlumatları ABŞ-ın Gəlirlər İdarəsindən (IRS) gizli saxlamasıdır.

Qeyri-qanuni əməliyyatlar 2000-2010-cu illəri əhatə edib. Bununla bağlı istintaq araşdırmaları isə, təxminən, 10 il davam edib və sonda HSBC rəsmiləri ABŞ-ın Federal Məhkəməsində təqsirlərini etiraf edərək cərimə ödəməyə razılaşıb.