Odessada məhkəmə qarşısına çıxarılan üç nəfər hakimi və şahidləri ölümlə hədələyib.

Open.az Rusiya mətbuatına istinadən xəbər verir ki, polis həmin şəxsləri həbs etmək üçün xüsusi təyinatlı qüvvələri çağırmaq məcburiyyətində qalıb. Onların barəsində Cinayət Məcəlləsinin ölümlə təhdid etmək maddəsi ilə cinayət işi başlanıb.

Saxlanılan şəxslər arasında Azərbaycan vətəndaşı olan Sadiq Mirzəyev də var. S.Mirzəyev 2018-ci ilin iyulunda bazarda "Lotu Quli"yə xərac vermək istəməyən bir neçə nəfəri döydüyü üçün tutulub. Ona qarşı qanunsuz silah saxlama və odlu silahdan istifadə maddəsi ilə cinayət işi başlanıb.

Məlumatda həmçinin o da qeyd olunur ki, "Lotu Quli" tərəfindən Odessaya təyin edilmiş Sadiq Mirzəyevin başçılıq etdiyi dəstə müxtəlif cinayətlər həyata keçirib.

Gülnar Qafarlı