Xaçmazda kafedə qətl törətməkdə təqsirləndirilən Məlik Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Məlik Ağayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən il avqustun 19-da Xaçmaz rayonunun Qusarçay kəndində baş verib. Həmin ərazisində olan kafedə Tikanoba kənd sakini M.Ağayev münaqişə zəminində Sibiroba kənd sakini Tural Dadaşovu bıçaqla qətlə yetirib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.