Bu yaxınlarda Ukraynada iki Türkiyə vətəndaşı olan gənc qızları öldürən Hüsnü Can Çökmez hakim qarşısına çıxıb.

Open.az "Posta"ya istinadən xəbər verir ki, o, hadisənin necə baş verdiyini danışıb.

"Buket Ş.A adlı oğlanla sevgili olmuşdu. Yeni il gecəsi ondan məni atmasının səbəbini soruşdum. O da "Səninlə birlikdə olmaqdansa, ölməyə üstünlük verirəm" söylədi. Onu sevgilisindən ayrılmasına razı salmaq üçün arxasınca getdim, eyni sözləri təkrar etdi. Bu an masanın üzərindəki bıçağı götürdüm və onu öldürdüm. Həmin bıçaqla özümü öldürmək istrədim, amma bacarmadım. Əsəbim soyumadığı üçün ikinci cinayəti də törətdim. Hadisədən sonra yerə araq tökdüm. Özümü evlə birlikdə yandırmaq istədim, bunu da bacarmadım.Evdəki noutbuk və telefonlarını götürüb hava limanına getdim. Yanvarın 2-nə bilet aldım və İstanbula qayıtdım. İki insanın həyatını məhv etdiyim üçün çox peşmanam. Açığı, mən ölümə layiqəm", - deyə təcavüzkar etiraf edib.

Qeyd edək ki, Ukraynanın Xarkov şəhərində iki türkiyəli gənc tələbə Buket Yıldız və Zeynəb Hüsünbəyi vəhşicəsinə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinərək tutulan Hüsnü Can qızlardan birinin keçmiş sevgilisi olub.

Gülnar Qafarlı

Ukryanada iki türk qızı öldürən cani danışdı: Ölümə layiqəm