Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Xəqani Imanov çıxış edərək təqsirləndirilən şəxsə sanksiyada nəzərdə tutulan ən aşağı həddə cəza verilməsini istəyib.

Hakimlər kollegiyasının hökmünə əsasən Səlim Mirzəbəyov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilən şəxsin 13 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda qətl hadisəsi törədilib. Hadisə rayonun Gedəzeyxur kəndində qeydə alınıb. Kənddə keçirilən toy mərasimi zamanı gecə saat 23:30 radələrində dava düşüb. Xalid adlı kənd sakininin oğlunun toyuna Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirov bıçaqlanıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən 39 yaşlı S.Mirzəbəyov bəyin dayısıdır.

Səlcuq Elçin