Oktyabrın 23-nə keçən gecə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin “Süni mayalanma” tədris mərkəzində oğurluq hadisəsinin baş verməsi ilə bağlı Gəncə polisinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Open.az-a verilən məlumata görə, mərkəzdən 15 ədəd dizüstü kompüter və bir ədəd “WiFi” cihazı oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin universitetin tələbələri X. Əhmədov, İ.Məmmədov və Y. Nəcəfov saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.