Ötən gün Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzində yerləşən "Meydan" restoranının yaxınlığında atışma baş verib.

Open.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, atışma zamanı 2 nəfər yaralanıb.

Bu barədə Rustavi2 telekanalı məlumat yayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis insidentin detalları barədə əlavə məlumat verməyib. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı