Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Lyuba Qayıbovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.