Şirvan şəhərində maskalı şəxslər mənzilə basqın edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, iyunun 10-da Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevin evinə gəlmiş 2 maskalı şəxsin onu döyərək 2 000 manat pulunu götürüb getmələri barədə Şirvan ŞPŞ-yə məlumat daxil olub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Baş Cinayət Axtarışı İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan sakinləri B.Baxşıyev, E.Əhmədov və R.Məmmədov saxlanılıblar.