Şəmkir rayonunda evə maskalı şəxs basqın edib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girən maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk etməsini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanmışdır.