Şəmkirdə bibisini öldürməkdə şübhəli bilinən 20 yaşlı gənc saxlanılıb.

Open.az "Report"a istinadən xəbər verir ki, şəhərin Səttarxan küçəsindəki yaşadığı evdə bibisi, 1980-ci il təvəllüdlü Aynurə Zamanovanı çox saylı bıçaq zərbələri ilə qətlə yetirən, 1999-cu il təvəllüdlü Ayxan Zamanov saxlanılıb.

A.Zamanov polisə könüllü təslim olub və bibisini qısqanclıq zəminində öldürdüyünü deyib.

Faktla bağlı Şəmkir rayon Prakurorluğunda araşdırma aparılır.

20 yaşlı gəncin istintaqa verdiyi ilkin ifadəsi məlum olub. A.Zamanov ilkin ifadəsində bibisini qısqanclıq zəminində öldürdüyünü bildirib: "Tez-tez telefonda kiminləsə danışır, görüş yeri təyin edirdi. Əvvəl elə bilirdim ki, sevdiyi oğlan var. Bir neçə dəfə izlədim, telefonla danışıb evdən çıxandan sonra arxasınca getdim. Sonra gördüm ki, hər dəfə ayrı-ayrı oğlanlarla görüşür. Axşam evə gələndə soruşdum ki, hardan gəlirsən? O da mənə dedi ki, "özüm bilərəm, sən kimsən məni sorğu-sual edirsən". Biz mübahisə elədik. Mən mətbəxə keçərək oradan götürdüyüm bıçaqla başladım bibimə zərbələr vurmağa. Həmin vaxt özümdə deyildim. Sonradan bildim ki, 12 bıçaq zərbəsi vurmuşam".