Şabranda bıçaqlanma olub.

Open.az-ın məlumatına görə, hadisə rayon mərkəzində olan bazarda baş verib. 1992-ci il təvəllüdlü İlkin Novruzov tanışı 1996-ci il təvəllüdlü Elməddin Əmiraslanovla aralarında yaranan şəxsi münasibətlər zəminində mübahisə ediblər.

Dostlar arasında mübahisə qanla bitib. Belə ki, İlkin Novruzov tanışına bir neçə bıçaq zərbəsi vurub.

22 yaşlı gənc Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində İlkin Novruzov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Səlcuq Elçin